Bakı şəhərində "Chevrolet Cruze" markalı avtomobil yanıb. Bu barədə İnsanoid sosial şəbəkələrə istinadən bu gün, 9 oktyabr tarixində xəbər verir.
99-VG-326 dövlət qeydiyyat nişanlı avtomobilin söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları və canlı qüvvəsi, həmçinin polis əməkdaşları cəlb olunublar.
Hadisənin səbəbləri araşdırılır.