Bakıda estetik mərkəzdən 6 000 manatlıq qızıl üzük oğurlanıb. Bu barədə 10 iyun tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Bildirilib ki, paytaxtın Nəsimi rayonu ərazisindən “Mercedes” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.
Şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Səid Fərəczadə həmin avtomobillə saxlanılıb.
Araşdırmalarla onun iyunun 1-nə keçən gecə rayon ərazisində yerləşən bir estetik mərkəzdən 6 000 manat dəyərində qızıl üzük, mobil telefon, planşet, noutbuk, saat, kamera, kosmetoloji cihaz və aparatları oğurlamasına da əsaslı şübhələr müəyyən edilib.