Bakıda evdən oğurluq edilib. Bu barədə 21 oktyabr tarixində APA Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.
Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən seyfdən 5 000 manat pul, 5 800 manat dəyərində qızıl-zinət əşyaları və mobil telefon oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş İ.Nuruyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.