Bakıda mənzildən 23 min manat pul oğurlanıb. Bu barədə 19 yanvar tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Belə ki, yanvarın 12-də Nəsimi rayonu ərazisində mənzillərin birindən 23 000 manat pulun oğurlanması barədə polisə məlumat daxil olub. Şübhəli bilinən Bakı şəhər sakini Ramil Qəhrəmanov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.