Bakıda evdən pul və qızıl-zinət əşyaları oğurlanıb. Bu barədə 13 iyun tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
İyunun 5-nə keçən gecə M.Ə.Rəsulzadə qəsəbəsindəki evlərin birindən pul və 1 800 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Rövşən Məmmədov saxlanılıb.
Araşdırma aparılır.