Bakıda qadının çantasından pul və bank kartları oğurlanıb. Bu barədə 13 yanvar tarixində Daxili İşlər Nazirliyindən İnsanoid-ə məlumat verilib.
Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində bir qadının çantasından 685 manat, 1 100 ABŞ dolları pul, sənədlər və bank kartları oğurlanıb. Şübhəli bilinən əvvəllər də oğurluğa görə məhkum olunmuş Bakı şəhər sakini Nuran Sayadov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.