Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən inşaat mağazalarının birindən dəyəri 2 500 manatdan çox olan inşaat materiallarının oğurlanması barədə polisə məlumat daxil olub. Bu barədə 15 yanvar tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Tovuz rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Ariz İsmayılov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.