Bakıda 500 manat dəyərində dondurma oğurlayan şəxs saxlanılıb. Bu barədə 27 iyul tarixində Daxili İşlər Nazirliyindən İnsanoid-ə məlumat verilib.
Belə ki, Buzovna qəsəbəsi ərazisində yerləşən istirahət mərkəzlərinin birindən 500 manat dəyərində dondurma oğurlamaqda şübhəli bilinən qəsəbə sakini Fərid Məlikov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.