Bakıda itkin düşən ana və övladları tapılıblar. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 13 oktyabr tarixində xəbər verir.
Qızxanım Salamzadə və övladları - 13 yaşlı Səadət Salamzadə, 15 yaşlı Aynişan Salamzadə, 17 yaşlı Aysun Salamzadə və 19 yaşlı Əbil Salamzadə tapılaraq ailə üzvlərinə təhvil veriliblər.
Faktla bağlı araşdırma aparılır.
Q.Salamzadə və övladları oktyabrın 10-da paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşadıqları evdən çıxaraq itkin düşmüşdülər.