Bakının Binəqədi rayonunda kişi güllələnib. Bu barədə 30 avqust tarixində İnsanoid Report-a istinadən xəbər verir.
Hadisə avqustun 29-da Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yerləşən evlərin birində baş verib.
İsfəndiyar Allahverdiyev odlu silahdan açılan atəş nəticəsində topuq nahiyəsindən xəsarət alıb.
Cinayəti törətməkdə şübhəli bilinən İ.Allahverdiyevin qohumu, əvvəllər məhkum olunmuş Ayaz Cəbiyev saxlanılıb. Ondan hadisə zamanı istifadə etdiyi lüləsi kəsilmiş “İJ” markalı tüfəng, ona aid 7 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.