Bakıda maşından oğurluq edilib. Bu barədə 26 iyul tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Sabunçu rayonunda iyulun 23-də Məmmədli qəsəbəsi ərazisində “Mercedes-Benz” markalı avtomobildən 10 000 manat oğurlamaqda şübhəli bilinən Ucar rayon sakini olan yeniyetmə müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.