Bakının Nəsimi rayonunda azyaşlı bıçaqla hədələnib. Bu barədə noyabrın 7-də Daxili İşlər Nazirliyindən İnsanoid-ə məlumat verilib.
Hadisə noyabrın 2-də baş verib. Zərərçəkmişin mobil telefonu quldurluq yolu ilə ələ keçirilib.
Cinayəti törətməkdə şübhəli bilinən Ağsu sakini R.Əsgərova müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.