Bakıda qadın dəm qazından boğularaq ölüb. Bu barədə 6 dekabr tarixində Report məlumat verib.
Hadisə Yasamal rayonu ərazisindəki fərdi mənzillərdən birində qeydə alınıb.
Belə ki, 1996-cı il təvəllüdlü Gülşən Mehdiyeva hamam otağında dəm qazından boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.