Bakı şəhəri Binəqədi rayonunun Biləcəri qəsəbəsinin ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkarlanıb.
Bu barədə 8 yanvar tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Binəqədi Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə qanunsuz tikili sökülüb.