İyunun 22-də Nəsimi rayonu ərazisində yerləşən tibb mərkəzlərinin birində Bakı şəhər sakini olan bir nəfərin içərisində 1 600 manat olan cüzdanının oğurlanması barədə polisə məlumat daxil olub. Bu barədə 26 iyun tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Oğurluq əməlini törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini Ceyhun Əzizov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.