Bakının bir sıra yollarında tıxac yaranıb. Bu barədə İnsanoid Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən bu gün, 25 oktyabr tarixində məlumat verir.
Hazırda:
Heydər Əliyev prospekti, kənar yol, mərkəz istiqamətində;
Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
"20 Yanvar" dairəsində;
Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
28 May və Dilarə Əliyeva küçələri, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
Babək prospekti, mərkəz istiqamətində;
Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;
Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;
Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyası istiqamətində;
Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər) sıxlıq müşahidə olunur.