Bakıda üstünə qaynar su tökülən 2 nəfər ölüb. Bu barədə İnsanoid Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadən bu gün, 18 oktyabr tarixində xəbər verir.
Sentyabrın 16-da Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən müəssisələrdən birində 40 yaşlı Fəqan Şirinov və 21 yaşlı Nahid Həsənovun üzərinə isti su tökülüb. Hadisə nəticəsində onlar aldıqları xəsarətlərdən xəstəxanada dünyalarını dəyişiblər.
Faktla bağlı Cinayət Məcəlləsinin 162.3-cü (texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.