Bakıda yük avtomobilini təmir edən şəxs ölüb. Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinə istinadən bu gün, 26 oktyabr tarixində məlumat verir.
Paytaxtın Qaradağ rayonunda 1 nəfərin yük avtomobilinin təmiri zamanı kuzanın altında sıxışaraq ölməsi barədə ilkin məlumat daxil olub.
Əraziyə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.