Bu gün Binəqədi rayonunun bəzi qəsəbələrində qaz olmayacaq. Bu barədə İnsanoid “Azəriqaz” İstehsalat Birliyinə istinadən bu gün, 17 oktyabr tarixində məlumat verir.
“Xırdalan” Qaz Paylayıcı Stansiyasında (QPS) “BMSK (Xırdalan QRS)” ölçü qovşağı üzərində quraşdırılmış əhali kollektorunda görüləcək təmir işləri ilə bağlı adıçəkilən kollektordan oktyabrın 17-də saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri aparılan müddətdə Binəqədi rayonunun Vulkan, 1 May yaşayış massivlərinin, Binəqədi və Biləcəri qəsəbələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.