Bakının Yusif Vəzir Çəmənzəminli küçəsində sürət həddi 60 km/saatdan 50 km/saata endirilib.
Bu barədə İnsanoid bu gün, 25 iyul tarixində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
“Sürücülərdən hərəkət təhlükəsizliyini qorumaq üçün sürət hədlərinə riayət etmələrini xahiş edirik”, - agentlikdən bildirilir.
Qeyd edək ki, iyulun 20-də paytaxtın Ağa Nemətulla və Əhməd Rəcəbli küçələrində də sürət həddi 60 km/saatdan 50 km/saata endirilmişdir.