Paytaxtın Heydər Əliyev prospektinin 17,4-cü kilometrlik hissəsində P tipli istiqamətverici lövhələr quraşdırılacaq. Bu barədə İnsanoid bu gün 26 iyul tarixində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Lövhələrin quraşdırılması işləri bu axşam saat 22:00-dan səhər saat 05:00-dək aparılacaq.
Bu vaxt ərzində işlərin aparıldığı zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılaraq digər zolaqlara yönəldiləcək.