Bakının Sabunçu və Nərimanov rayonlarında evlərdə yanğın olub. Bu barədə İnsanoid bu gün, 29 avqust tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Sabunçu rayonunda ümumi sahəsi 80 kvadratmetr olan kürsülü birmərtəbəli 3 otaqlı evin mətbəxində 1 ədəd paltaryuyan, 1 ədəd qaz sobası və mətbəx mebeli 1 p.m yanıb. Ev yanğından mühafizə olunub.
Nərimanov rayonunda isə üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 60 kvadratmetr olan ikiotaqlı mənzilin mətbəxində 1 ədəd paltaryuyan, 1 ədəd aspirator, 1 ədəd soyuducu qismən və mətbəx mebeli 2 p.m yanıb. Mənzil yanğından mühafizə olunub.
Hər iki yanğın söndürülüb.