Balakən və Şəkidə intihar hadisələri baş verib. Bu barədə Report 18 oktyabr tarixində xəbər verib.
Balakən rayonunun Hənifə kəndində yaşayan 38 yaşlı Elmir Şabanov ailəsinə məxsus fındıq bağında sirkə turşusu içərək həyatına qəsd edib.
Bundan başqa, Şəki şəhərinin Şəhriyar küçəsi, ev 1/5 ünvanında yaşayan 1959-cu il təvəllüdlü Xanlar Məmmədov yaşadığı evin həyətindəki yarımtikilinin taxta tirinə bağlanmış ipdən asılmış vəziyyətdə aşkar edilib. Onu kürəkəni İlməddin Rəhimov aşkar edib.
Faktlarla bağlı araşdırmalar aparılır.