Balakəndə yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə İnsanoid bu gün, 1 avqust tarixində APA-ya istinadən xəbər verir.
Qəza Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun rayonun Katex kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Yük və minik avtomobilləri toqquşub. Nəticədə Balakən rayonu Tülü kənd sakinləri - 66 yaşlı Nərman Tahirov, 16 yaşlı İsgəndər Tahirov və 32 yaşlı Zaqatala rayonu Muxax kənd sakini Sənan Abakarov xəsarət alıblar.
Zərərçəkənlər Balakən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.