Binəqədi rayonunun Biləcəri qəsəbəsində evdən oğurluq edən dəstə saxlanılıb. Bu barədə 23 noyabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Noyabrın 20-nə keçən gecə Biləcəri qəsəbəsində evlərin birindən 4 700 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Hacıqabul rayon sakini Mirkamal Ağayev, Sabirabad rayon sakini Məhəbbət İslamov, Xaçmaz rayon sakini Emin Rüstəmov və Astara rayon sakini, əvvəllər məhkum olunmuş Amil Nəsirov saxlanılıblar.
Araşdırma aparılır.