Biləsuvarda 4 otaqlı evdə yanğın baş verib. Bu barədə İnsanoid 19 iyul tarixində FHN-ə istinadən xəbər verir.
Yanğın yerinə yanğından mühafizə bölmələri cəlb olunub.
Sahəsi 55 kv.m olan 1 mərtəbəli evin 3 otağının və dam örtüyünün yanar konstruksiyaları 45 kv.m sahədə, eyni zamanda ona bitişik, ümumi sahəsi 36 kv.m olan talvarın yanar konstruksiyaları yanıb.
Yanğın söndürülüb, evin digər hissəsi yanğından mühafizə olunub.