Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə İnsanoid 10 avqust tarixində Report-a istinadən məlumat verir.
Hadisə Biləsuvar-Bəhramtəpə avtomobil yolunun Arazbarı kəndindən keçən hissəsində qeydə alınıb. Pikap tipli avtomobil aşıb.
Nəticədə Bayram Mehrəliyev, Kəmaləddin Əsədov və Teyyub Əsədov xəsarət alıblar.
Onlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.