Biləsuvarda bir sinfin bütün şagirdləri universitetə qəbul olublar. Bu barədə İnsanoid bu gün, 2 sentyabr tarixində Report-a istinadən məlumat verir.
Biləsuvar şəhər N.Gəncəvi adına 1 nömrəli tam orta məktəbin 11a sinfinin bütün məzunları (16 nəfər) tələbə adını qazanıblar.
Onlardan ən çox bal toplayan 634 balla Əliyeva Aynur Amil qızıdır. O, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olub.