Oktyabrın 30-da iki avtomobil toqquşub. Bu barədə 31 oktyabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Hadisə Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində baş verib.
Belə ki, ötən gün Sabirabad rayon sakini E.Əlizadənin idarə etdiyi “Mercedes” markalı mikroavtobusla Sumqayıt şəhər sakini Şahin Fətullayevin idarə etdiyi “BMW” markalı avtomobil toqquşub. Nəticədə Ş.Fətullayev və sərnişinlərindən Bəymirzə Mərdanov hadisə yerində ölüb, digər sürücü və 3 sərnişini isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.