Biləsuvar şəhəri PMK-19 yaşayış massivinin yaxınlığındakı çöl sahəsindən silah tapılıb. Bu barədə İnsanoid DİN-in Mətbuat Xidmətinə istinadən bu gün, 9 yanvar tarixində xəbər verir.
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd "AK-74" markalı avtomat aşkarlanaraq götürülüb.
Fakt üzrə araşdırma aparılır.