Biləsuvarda 7 min abonentin qaz təchizatında məhdudiyyət yaranacaq. Bu barədə İnsanoid bu gün, 24 avqust tarixində Report-a istinadən xəbər verir.
Xırmandalı qaz paylayıcı stansiyasından Bayraq meydanına qədər diametri 225 mm-lik, uzunluğu 9500 metr, Zəhmətabad kəndinə qədər olan məsafədə diametri 160 mm-lik, uzunluğu 300 metr polietilen qaz xətlərinin kipliyə sınaq olunması məqsədilə 25 avqust 10:00-dan işlər başa çatana qədər qaz təchizatı dayandırılacaq.
Həmin ərazilərdə yaşayan abonentlərə qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaları və təhlükəsizlik tədbirlərinə riayət etmələri xahiş edilir.