Biləsuvarda azyaşlı qardaşlar gül toxumundan zəhərləniblər. Bu haqda bu gün, 13 oktyabr tarixində Report məlumat yayıb.
10 yaşlı A.Bayramlı və 9 yaşlı M.Bayramlı yaşadıqları evin həyətində əkilən gülün toxumlarını yeyərək zəhərləniblər. Onlara dərhal Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilib.
Həkimlər uşaqların vəziyyətini ağır kimi qiymətləndirərək müalicələrini davam etdirmək üçün paytaxt xəstəxanalarından birinə təxliyə ediblər.
Hadisənin təfərrüatları araşdırılır.