Bakıda evdən 24,5 min manatlıq oğurluq edən yeniyetmə saxlanılıb. Bu barədə 3 avqust tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Avqustun 1-nə keçən gecə Binəqədi qəsəbəsindəki evlərin birindən seyfdən 7 500 manat pul və 17 000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini olan bir yeniyetmə müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.