Kürdəmirdə baş verən ağır yol qəzasında bir yaşlı qız həyatını itirib. Bu barədə İnsanoid bu gün, 14 avqust tarixində Report-a istinadən xəbər verir.
Hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb.
"Mercedes" markalı minik avtomobili Bakı istiqamətində hərəkətdə olarkən qarşısındakı eyni markalı yük maşınına çarpılıb. Nəticədə minik avtomobilində olan 61 yaşlı Cavid Əliyev, bir yaşlı qız və adı məlum olmayan üçüncü sərnişin ağır bədən xəsarətləri alıblar.
Yaralılar Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Həkimlərin səyinə baxmayaraq, körpə xəstəxanada dünyasını dəyişib.
Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.