Birinci Qarabağ müharibəsi zamanı Daşaltıda itkin düşmüş, 31 il sonra meyitinin qalıqları tapılmış Hüseynov Gülverdi Ağahüseyn oğlu ilə vida mərasimi keçirilib.
Bu barədə İnsanoid bu gün, 23 avqust tarixində Report-a istinadən xəbər verir.
Abşeron rayonunun Qobu qəsəbəsində keçirilən dəfn mərasimində mərhumun yaxınları, qəsəbə sakinləri, hökumət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
O, Qobu qəbiristanlığında dəfn edilib.
[gallery link="file" columns="2" size="full" ids="126742,126740"]