Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş, Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Vurğun Əlamət oğlu Seyidovun meyitinin qalıqları Ağsu rayonuna gətirilib. Bu barədə Report 24 may tarixində xəbər verib.
Şəhidin nəşi Kalva kənd qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, Ağsu Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
[caption id="attachment_180504" align="alignnone" width="696"]
Foto Report.az saytı[/caption]