Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Əməkdar artist Aygün Bəylərin vida mərasiminə əklil göndərib. Bu barədə 8 yanvar tarixində Report məlumat verib.
Əklil vida mərasiminin keçirildiyi Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət Evinə gətirilib.
Əklil mərhumun məzarının üzərinə qoyulacaq.
Qeyd edək ki, A.Bəylər 1975-ci ildə Bakıda anadan olub. O, uzun müddət onkoloji xəstəlikdən müalicə olunurdu. Əməkdar artist yanvarın 7-də Ankarada müalicə aldığı xəstəxanada vəfat edib. Hazırda mərhumla vida mərasimi keçirilir. Əməkdar artist Suraxanı kənd qəbiristanlığında dəfn olunacaq.