Bu gün saat 09:00-dan başlayaraq “Masazır” QPS-dən qidalanan "Masazır qəsəbəsi" və "Duz zavodu" ölçü qovşaqlarından qaz təchizatı dayandırılacaq.
Bu barədə İnsanoid 8 avqust tarixində "Azəriqaz"a istinadən məlumat verir.
Bu, “Qaz İxrac” İdarəsinin sifarişi əsasında “Masazır” QPS-də görüləcək təmir işləri ilə bağlıdır. Qaz təchizatının işlər başa çatanadək dayandırılması planlaşdırılır.
Təmir işləri aparılan müddətdə Abşeron rayonu üzrə Xırdalan şəhəri ərazisində “Kristal-Abşeron” yaşayış kompleksinin, Masazır qəsəbəsinin, Masazır qəsəbəsi ərazisində yerləşən "Accord Gənclər şəhərciyi"nin, Valideyn himayəsindən məhrum olunmuş kimsəsiz məzunlar yaşayış binasının, Saray qəsəbəsi ərazisində “Saray-H” MTK-nın, “Villa Badam” yaşayış kompleksinin, həmçinin Masazır Duz zavodu, “Bəhrə-2010” MMC, “Üzümçülük", “Qarant İnşaat”, “Zəhmət Ruzi" MMC, Mühəndislər Universiteti, Asfalt zavod, “S.N İnşaat”, “Mətanət A”, Palitra, “Səhliyalı”, “Halal Nemət, Min Bərəkət”, “İpəkyolu”, “Həsənoğlu”, “Azbentonit” sənaye müəssisələrinin də qaz təchizatında müvəqqəti fasilə yaranacaq.