Bu gün, 2 iyul tarixində Bakının mərkəzində - Fəvvarələr meydanında aksiya keçirilib. Bu haqda məlumatı İnsanoid Bakuplus.az-a istinadən verir.
Aksiya Gədəbəy rayonunun Söyüdlü kəndində ikinci süni gölün yaranmasına qarşı keçirilib. Aksiyada cəmi bir neçə nəfər iştirak edib.
Qeyd edək ki, 20-21 iyun tarixlərində Gədəbəy rayonunun Söyüdlü kənd sakinləri ikinci süni gölün yaranmasına qarşı aksiya keçirdiblər. Onlar gölün sakinlərin səhhətinə mənfi təsir etdiyini bildiriblər. Baş nazir Əli Əsədov məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin sədrliyi ilə xüsusi komissiya yaradılması haqda əmr imzalayıb.
[caption id="attachment_120753" align="alignnone" width="225"]
Bakuplus.az[/caption]