17 oktyabr 2020-ci ildə işğal altında olan Füzuli şəhəri Azərbaycan Ordusu tərəfindən azad edilib. Füzuli şəhəri 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.
İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş verən ən əhəmiyyətli döyüşlərdən biri məhz Füzuli əməliyyatı olub. 44 gün davam edən Vətən müharibəsi nəticəsində Füzuli rayonunun 53 kəndi azad edilmişdir, onlardan 7-si: Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri 17 oktyabrda azad olunmuşdur.