top
Bu gün Gənclər Günüdür!
01 fevral 2024, 13:01
- ↺ +

Bu gün Gənclər Günüdür!

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

1997-ci ildən ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə hər il 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur. 2023-cü ilin statistik məlumatına görə, Azərbaycanda 14-29 yaş arası insanların sayı 2 milyon 295 mini ötür və əhalinin 22,7 faizini təşkil edir.

Gənclər Günü münasibətilə İnsanoid sizə müxtəlif sahələrdə uğur qazanan 5 gəncimiz haqda məlumatı təqdim edir:


  1. Reyhan Camalova - 21 yaş, ixtiraçı


Reyhan yağış suyundan enerji istehsal edən “Rainergy” qurğusunu yaradıb. O, 15 yaşında olarkən, 2017-ci ildə Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitində bu layihə ilə Azərbaycanı təmsil edib. Burada keçmiş ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp onun nailiyyətini təqdir edib. Reyhan Camalova, həmçinin ABŞ-nin Forbes jurnalının sənaye, istehsal və enerji sahəsində “30 yaşa qədər 30 gənc tədqiqatçı” siyahısına daxil edilib. O, hazırda ABŞ-nin Pensilvaniya Universitetində ali təhsilini davam etdirir.

[gallery link="file" columns="1" size="full" ids="160846"]


  1. Ayan Allahverdiyeva - 18 yaş, şahmatçı


14 yaşlı qızlar arasında iki dəfə Avropa çempionu olmuş Ayan 2023-cü ilin noyabrında İtaliyanın Montesilvano şəhərində qız və oğlanlar arasında keçirilən 18 yaşadək şahmatçılar arasında dünya çempionatında da qızıl medal qazanıb.

[gallery link="file" columns="1" size="full" ids="160850"]


  1. Emil Zeynalzadə - 23 yaş, aşpaz


Emil 2023-cü ildə Hindistanda keçirilən 50-dən çox ölkədən gənc aşpazların iştirak etdiyi 9-cu Beynəlxalq Gənc Aşpazlar Olimpiadasının Qızıl Kubokunu qazanıb.

[gallery link="file" columns="1" size="full" ids="160849"]


  1. Hidayət Heydərov - 26 yaş, cüdoçu


Cüdo üzrə 73 kq çəki dərəcəsində çıxış edən 3 dəfə Avropa çempionu olmuş Hidayət, həmçinin 2023-cü ildə Tokioda (Yaponiya) keçirilən Böyük Dəbilqə turnirində qızıl medal qazanıb. O, Yaponiyada fəxri kürsünün ən yüksək pilləsinə qalxan ilk Azərbaycan cüdoçusu olub.

[gallery link="file" columns="1" size="full" ids="160848"]


  1. Jony - 27 yaş, müğənni


Səhnədə “Jony” kimi tanınan Cahid Hüseynli “Комета”, “Френдзона”, “Звезда”, “Аллея”, “Пустой стакан”, HammAli & Navai ilə birlikdə oxuduğu “Без тебя я не я” və digər mahnıları ilə Rusiyada və postsovet məkanında məşhurluq qazanıb. 2021-ci ildə Cahid “Maska” adlı musiqili şounun qalibi olub. O, “Spotify” striminq xidmətinin versiyasına görə, ən çox dinlənilən rusiyalı sənətçilərin ilk 10-luğunda birinci yeri tutub.

[gallery link="file" columns="1" size="full" ids="160881"]

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 5 noyabr

Xarici xəbərlər
Dünən, 17:51

Xəstəxanada sirli hadisə: Mühafizəçi dünyasını dəyişmiş qadını müşayiət etdi

Yerli xəbərlər
Dünən, 16:31

Səudiyyə Ərəbistanının Kralı və Baş naziri Azərbaycan Prezidentini Zəfər Günü münasibətilə təbrik ediblər

Yerli xəbərlər
Dünən, 16:25

Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Yerli xəbərlər
Dünən, 16:05

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar - YENİLƏNİB

Yerli xəbərlər
Dünən, 16:03

Prezident borc tələbinin qiymətli kağızlara yönəldilməsini təsdiqləyib

Yerli xəbərlər
Dünən, 15:56

Kamran İmanov "Şərəf" ordeni ilə təltif edilib

Yerli xəbərlər
Dünən, 15:38

Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq

Yerli xəbərlər
Dünən, 14:40

Cəlilabadda 6 kəndin işığı kəsilib

Xarici xəbərlər
Dünən, 13:36

Serbiyanın keçmiş Prezidenti Aleksandar Vuçiçin tərəfdarlarının Moskvaya uçan təyyarəsi Litva üzərində geri döndərilərək Belqrada qaytarılıb

Xarici xəbərlər
Dünən, 13:26

Insanoid.com təhlil edir: ABŞ seçkilərində Demokratların qələbəsi Tramp üçün nə deməkdir?

Yerli xəbərlər
Dünən, 12:59

Sabah rayonlara dolu düşəcək, Bakıya intensiv yağış yağacaq

Yerli xəbərlər
Dünən, 11:49

"Sükan arxasında dəfələrlə yatıb": Sürücünün məsuliyyətsizliyi faciəyə səbəb oldu

Yerli xəbərlər
Dünən, 11:37

Boşanma mübahisəsindən istifadə edərək qadının mənzilini və avtomobilini ələ keçirdi – Ali Məhkəmədən qərar

Yerli xəbərlər
Dünən, 11:36

Azad edilmiş ərazilərdə sağlamlıq turizmi ilə məşğul olan hotellər açılacaq

Yerli xəbərlər
Dünən, 11:30

3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək

Yerli xəbərlər
Dünən, 11:17

İpoteka və Kredit Zəmanət Fondu gələn il büdcədən 89 milyon manat alacaq

Yerli xəbərlər
Dünən, 11:14

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat olacaq

Yerli xəbərlər
Dünən, 10:25

Avropa Məhkəməsi Əli Kərimlinin iddiasını rədd etdi

Yerli xəbərlər
Dünən, 09:57

Skuter və velosiped sürənlərə çağırış: Piyada zolağından yeriyərək keçin! - Video

Yerli xəbərlər
Dünən, 09:47

Qırğızıstanda 21 min dollarlıq dələduzluğa görə prokurorluğun xanım "polkovnik"i saxlanılıb

Yerli xəbərlər
Dünən, 09:21

DYP dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Yerli xəbərlər
03 noyabr 2026, 17:40

Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

Cəmiyyət
03 noyabr 2026, 16:31

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Oxşar xəbərlər