top
Bu gün Sara Aşurbəylinin doğum günüdür
27 yanvar 2024, 03:03
- ↺ +

Bu gün Sara Aşurbəylinin doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sara Balabəy qızı Aşurbəyli 27 yanvar 1906-cı ildə Bakıda neft sənayeçisinin ailəsində dünyaya gəlib.

İnsanoid sizə tarixçi haqqında az bilinən faktları təqdim edir:


  1. 1913-cü ildə anası İsmət xanım müalicəsi üçün uşaqları ilə Almaniyada olanda Sara Bad-Rayxenxal kurortunda uşaqlar arasında gözəllik yarışmasında iştirak edib və ikinci yeri tutub. Mükafat kimi ona oyuncaq gəlincik hədiyyə ediblər.

  2. Sara xanım ailəsi ilə İstanbula köçəndən sonra atasına fransız kollecində oxumaq istədiyini bildirir. Kollecdəki müəllimələrin rahibə olduqlarına görə ata tərəddüd edirdi. O, yazıçı Əli bəy Hüseynzadə ilə məsləhətləşəndən sonra Sara xanımı fransız kollecinə yazdırmağa qərar verir.

  3. Sara xanım 1941-ci ildə indiki Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini bitirmiş və Konservatoriyada müəllimliklə paralel olaraq, Azərbaycan Dram Teatrında dekorativ rəssam kimi fəaliyyətə başlamışdır. O, nəinki tamaşalar üçün geyim və dekorasiya eskizlərini çəkməli, həm də ağır dekorasiyaları daşımalı idi. O, 1940-cı illərdə Azərbaycan Rəssamlar İttifaqının üzvü olmuş, bir çox sərgilərdə iştirak etmiş, 1960-cı illərin ortalarında Səhiyyə işçiləri evində fərdi sərgisini nümayiş etdirmişdir.

  4. Sara xanım pişikləri çox sevirdi. O, evsiz pişikləri saxlayırdı və onların hərəkətlərinə qarışmırdı. Ondan bir dəfə pişiklərini niyə tərbiyə etmədiyini soruşanda Sara xanım cavab vermişdi: “Bəs siz fransızca danışan, fortepianoda ifa edən və bütün bıçaqlardan istifadə etməyi bilən ədəbli bir pişiyi təsəvvür edə bilərsiniz?”

  5. Sara Aşurbəyli 17 iyul 2001-ci ildə Bakıda vəfat edib. O, vəfatından öncə cəmi 41 vərəq əlyazma mətni yaza bildi. Əlyazmalarda yazdığı son cümlə “1925-ci ilin yayında mən fransız kollecini bitirdim və biz Bakıya getməyə hazırlaşmağa başladıq” olub.

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 5 noyabr

Xarici xəbərlər
Dünən, 17:51

Xəstəxanada sirli hadisə: Mühafizəçi dünyasını dəyişmiş qadını müşayiət etdi

Yerli xəbərlər
Dünən, 16:31

Səudiyyə Ərəbistanının Kralı və Baş naziri Azərbaycan Prezidentini Zəfər Günü münasibətilə təbrik ediblər

Yerli xəbərlər
Dünən, 16:25

Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Yerli xəbərlər
Dünən, 16:05

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar - YENİLƏNİB

Yerli xəbərlər
Dünən, 16:03

Prezident borc tələbinin qiymətli kağızlara yönəldilməsini təsdiqləyib

Yerli xəbərlər
Dünən, 15:56

Kamran İmanov "Şərəf" ordeni ilə təltif edilib

Yerli xəbərlər
Dünən, 15:38

Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq

Yerli xəbərlər
Dünən, 14:40

Cəlilabadda 6 kəndin işığı kəsilib

Xarici xəbərlər
Dünən, 13:36

Serbiyanın keçmiş Prezidenti Aleksandar Vuçiçin tərəfdarlarının Moskvaya uçan təyyarəsi Litva üzərində geri döndərilərək Belqrada qaytarılıb

Xarici xəbərlər
Dünən, 13:26

Insanoid.com təhlil edir: ABŞ seçkilərində Demokratların qələbəsi Tramp üçün nə deməkdir?

Yerli xəbərlər
Dünən, 12:59

Sabah rayonlara dolu düşəcək, Bakıya intensiv yağış yağacaq

Yerli xəbərlər
Dünən, 11:49

"Sükan arxasında dəfələrlə yatıb": Sürücünün məsuliyyətsizliyi faciəyə səbəb oldu

Yerli xəbərlər
Dünən, 11:37

Boşanma mübahisəsindən istifadə edərək qadının mənzilini və avtomobilini ələ keçirdi – Ali Məhkəmədən qərar

Yerli xəbərlər
Dünən, 11:36

Azad edilmiş ərazilərdə sağlamlıq turizmi ilə məşğul olan hotellər açılacaq

Yerli xəbərlər
Dünən, 11:30

3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək

Yerli xəbərlər
Dünən, 11:17

İpoteka və Kredit Zəmanət Fondu gələn il büdcədən 89 milyon manat alacaq

Yerli xəbərlər
Dünən, 11:14

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat olacaq

Yerli xəbərlər
Dünən, 10:25

Avropa Məhkəməsi Əli Kərimlinin iddiasını rədd etdi

Yerli xəbərlər
Dünən, 09:57

Skuter və velosiped sürənlərə çağırış: Piyada zolağından yeriyərək keçin! - Video

Yerli xəbərlər
Dünən, 09:47

Qırğızıstanda 21 min dollarlıq dələduzluğa görə prokurorluğun xanım "polkovnik"i saxlanılıb

Yerli xəbərlər
Dünən, 09:21

DYP dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Yerli xəbərlər
03 noyabr 2026, 17:40

Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

Cəmiyyət
03 noyabr 2026, 16:31

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Oxşar xəbərlər