Polad Həşimov 2 yanvar 1975-ci ildə Qəbələnin Vəndam kəndində anadan olub.
O, uşaq ikən ailəsi ilə birgə Sumqayıt şəhərinə köçüb. Həşimov orta təhsilini Sumqayıt şəhərinin 28 nömrəli, sonra isə 34 nömrəli məktəbində alıb. Daha sonra Həşimov Ali Hərbi Məktəbi bitirib, sonralar təhsilini Türkiyədə davam etdirib.
Polad Həşimov 2016-cı ildə aprel döyüşlərinin iştirakçısı olub. Bu döyüşlərdən sonra o, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 2019-cu ildə isə Həşimova general-mayor rütbəsi verilib.