münasibətilə qeyd olunur. 1969-cu ildə Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilən ÜPİ-nin konqresində bu günün qeyd edilməsi elan edilib.
Azərbaycanda poçt rabitəsi XVI əsrdə inkişaf etməyə başlayıb. Müasir formada poçtun yaranması isə XIX əsrə aiddir. 1 iyun 1818-ci ildə Gəncə şəhərində ilk poçt kontoru açılıb. 1826-1828-ci illərdə isə Bakıda və Naxçıvanda poçt ekspedisiyaları təşkil edilib.