Azərbaycan Ordusu 20 oktyabr 2020-ci ildə Zəngilan şəhərini işğaldan azad edib. Şəhərdən əlavə, Zəngilan rayonunun 6 yaşayış məntəqəsi də həmin gün azad olunub.
20 oktyabr 2022-ci ildə Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi baş tutmuşdur. Açılışda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak ediblər. 4 may 2023-cü ildə isə Prezident İlham Əliyev Zəngilan şəhərində inzibati binanın təməlini qoymuşdur.
Ermənilər Zəngilanı 29 oktyabr 1993-cü ildə işğal etmişdilər. İşğal altında qalan Zəngilanda tarixi abidələrin əksəriyyəti vandalizmə məruz qalmış və dağıdılmışdır.