Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 2 854 əkiz, 123 üçəm, 4 dördəm uşaq doğulub. Bu barədə məlumat Dövlət Statistika Komitəsinin 15 dekabr tarixli hesabatında əks olunub.
Ölkə üzrə 94 671 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə bu göstərici azalaraq 12,3-dən 11,2-yə düşüb.
Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2%, qız uşaqlarının xüsusi çəkisi isə 46,8% olub.