Cəlilabadda 14 yaşlı oğlan qızılcadan həyatını itirib. Bu barədə İnsanoid bu gün, 9 fevral tarixində Qafqazinfo.az-a istinadən xəbər verir.
Qızdırma əlamətləri ilə xəstəxanaya aparılan Alar kənd sakini Yusif İbayev xəstəlik səbəbindən dünyasını dəyişib.
Ötən gün Astarada 6 yaşlı uşaq qızılca nəticəsində vəfat edib. Son aylarda Azərbaycanda 10-dan çox azyaşlı və yeniyetmə qızılca səbəbindən ölüb.