top
Cənub bölgəsinin yeganə keramika ustası ilə MÜSAHİBƏ
12 dekabr 2024, 21:00
- +

Cənub bölgəsinin yeganə keramika ustası ilə MÜSAHİBƏ

Cenublu.az-ın bugünkü müsahibi cənub bölgəsinin yeganə keramika ustası, Lənkəran Dram Teatrının quruluşçu rəssamı Tərlan Sadıqovdur.

Onunla müsahibəni təqdim edirik:

– Tərlan bəy, müsahibəyə özünüzü təqdim etməyinizlə başlayaq.

– 1975-ci ildə Lənkəran şəhərində anadan olmuşam. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində ali təhsil almışam.

– Keramik rəssam kimi tanınırsınız. Bu sahəyə marağınız necə yaranıb?

– Tələbəlik dövrünün 2-ci kursdan keramika ilə məşğulam. Təxminən 1996-cı ildən. Bizim dövrdə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Texnikumu vardı. Orda rəngkarlıq üzrə təhsil alırdım. Daha sonra sənədlərimi Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinə verəndə bir müəllim var idi, dedi ki, keramika üzrə ver. Mənim də heç bir anlayışım yox idi. Etiraz etdim. Amma tale elə gətirdi ki, keramikaya yönəldim. O vaxt etiraz etsəm də, indi həmin müəllimə minnətdaram (gülür).

– Bəs Lənkəran Teatrına yolunuz necə düşdü?

– Özüm keramik rəssamam. 2001-ci ildə Lənkəran şəhər rəssamlıq məktəbində müəllim kimi fəaliyyətə başladım. 2007-ci ilin yanvar ayında Lənkəran Dram Teatrına dəvət olundum. Elə o gündən bu günə qədər teatrda çalışıram. 2020-ci ilin sentyabrından quruluşçu rəssam oldum. Dəyər verirlər deyə burdayam.

– Amma keramika sənətini davam etdirirsiniz, eləmi?

– Bəli, davam etdirirəm. Bu sahəyə maraq çoxalıb. Tələbələrim də var.

Bir əsər neçə müddətə başa gəlir?

– Bir əl işinin hazırlanmasına təxminən 15 gün sərf edilir. Hazırda emalatxanamda müxtəlif insan fiqurları, tarixi abidələr, gündəlik həyatdan götürülmüş təsvirlər var. Yaratdığım əl işlərinin əksəriyyəti Lənkəranın tarixi məkanları və şəxsiyyətləri ilə bağlıdır.

– Dulusçuluqla keramikanın fərqi nədir?

– Dulusçuluq əslində keramikanın özəyidir. Lakin dulusçuluqda sən konkret məişət əşyasını hazırlayırsan, ancaq keramikada bu belə deyil. Keramikada daha çox dekorativ əşyalar hazırlanır və bu zaman müəllifin şəxsi təxəyyülü böyük rol oynayır.

– Tərlan bəy, teatrdan danışaq. 17 ildir ki, bu sahədəsiniz. Quruluşçu rəssam olaraq işinizin əsas vəzifəsi nədir?

– Öncə deyim ki, bütün ideya rejissordan gəlir. Yükün 90%-ni rejissor çəkir. Biz rejissorun ideyasını daha çox önə çəkmək üçün çalışırıq. Səhnənin quruluşu birinci rejissordan keçir. Sonra quruluşçu rəssamlar səhnənin tərtibatına baxır.

– İlk dəfə oxuduğunuzda tamaşanın mətnini necə təhlil etdiniz və hansı elementlər sizə əsas ideya üçün istiqamət verdi?

– İlk dəfə teatrda rəssam, sonra isə quruluşçu rəssam olmuşam. Düzünü desəm, ilk tamaşa yadımdan çıxıb. Yəqin ki, rejissorun ideyası ilə addım atmışam.

– Bəzən yaradıcı işlərdə fərqli komanda üzvləri arasında fikir ayrılıqları ola bilər. Belə hallarda fikir ayrılıqlarını necə həll edirsiniz?

– Rejissor ideyanı verdikdən sonra rəssam onu daha qabarıq hala gətirir. Bəzən olur ki, rejissorla rəssam arasında fikir ayrılıqları olur. Amma axırda bir qərara gəlirik. Hər iki tərəf razı qalır.

– Səhnə quruluşunun texniki tərəfləri, məsələn, səhnə dəyişiklikləri və ya hərəkətlənmələrdə qarşılaşdığınız ən böyük çətinliklər nə idi? Səhnə quruluşunda Lənkəran Dram Teatrında nə kimi çatışmazlıqlar var?

– Sözsüz ki, əyalət teatrıdır, çətinliklər olur. Rəhbərlər çox çalışır. Amma çatışmazlıqlar olur. Rəssamın əlində yaxşı kətan, yağlı boya olsa, daha mükəmməl iş ərsəyə gətirə bilir. Teatrda da belədir. Quruluşçu rəssamın səhnə üçün əlində hər bir avadanlığı olsa, tamaşanı daha qabarıq şəkildə təqdim edə bilər. İşıq, səhnənin hərəkətli-hərəkətsiz olması çox rol oynayır.

– Sənətinizə çox bağlısınız. Ailənizdən sənətinizi davam etdirən biri var?

– Övladlarım hazırda sənətimi davam etdirir. Biri qrafik dizaynerliyə, digəri isə dekorativ sənətə meyillidir.

Fidan İlqar

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 13:09

Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən saytlara məhdudiyyət qoyulacaq

Bütün Xəbərlər
Bu gün, 11:50

"Kuboku kəndimizə gətirən uşaqlar idi" - Qəzada ölən futbolçuların məşqçisi DANIŞDI

Bütün Xəbərlər
Bu gün, 11:41

Məleykə Abbaszadə: "Boş qalan yerlərə yenidən müsabiqə keçiriləcək"

Bütün Xəbərlər
Bu gün, 11:13

Prezident İlham Əliyev Mərakeş Kralını milli bayram münasibətilə təbrik edib

Bütün Xəbərlər
Bu gün, 09:55

Bakıda iki futbolçu qəzada faciəli şəkildə öldü

Bütün Xəbərlər
Bu gün, 09:29

UEFA Konfrans Liqası: "Zirə" Sumqayıtda, "Neftçi" Bolqarıstanda meydana çıxacaq

Bütün Xəbərlər
Dünən, 17:30

Azərbaycanda 15 yaşlı qızla evlənən bəy HƏBS OLUNDU

Bütün Xəbərlər
Dünən, 16:19

"Opera Hotel"də tutulan tanınmış cərraha 9 il həbs verildi

Bütün Xəbərlər
Dünən, 15:57

Mahir Məmmədov FIDE-nin vitse-prezidenti postuna namizəd olacaq

Bütün Xəbərlər
Dünən, 15:36

Zaqatalada 14 nəfərin dönərdən zəhərləndiyi ehtimal olunan kafenin fəaliyyəti dayandırılıb

Bütün Xəbərlər
Dünən, 15:16

Bakıda qarajların 1 kvadratmetrinin qiyməti 1 400 manatı keçib

Bütün Xəbərlər
Dünən, 13:08

Türkiyədə milyonluq fırıldaq şəbəkəsi ifşa edildi – Aralarında azərbaycanlılar da var+VİDEO

Bütün Xəbərlər
Dünən, 12:50

Nazir sənədi imzalamaqdan imtina etdi - Ərdoğanın reaksiyası gündəm oldu

Bütün Xəbərlər
Dünən, 12:15

Sabah Azərbaycanda 39 dərəcə isti olacaq

Bütün Xəbərlər
Dünən, 11:39

Bu il 150 balla qəbul olunan ixtisasların sayı arta bilər

Bütün Xəbərlər
Dünən, 10:46

Vəfadar Misirov: "Keçid ballarında böyük dəyişiklik gözlənilmir"

Bütün Xəbərlər
Dünən, 10:11

Təranə Quliyeva yüksək vəzifəyə TƏYİN OLUNUB

Bütün Xəbərlər
Dünən, 09:54

Ali məktəblərə ixtisas seçiminə avqustun 10-dan sonra başlanılacaq

Bütün Xəbərlər
Dünən, 09:47

Hikmət Hacıyev "AnewZ"un Şuşa həbsxanası ilə bağlı hazırladığı sənədli filmi paylaşıb

Bütün Xəbərlər
Dünən, 09:08

Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir

Bütün Xəbərlər
Dünən, 09:01

Türkiyədə daha bir bələdiyyə sədri saxlanılıb

Bütün Xəbərlər
28 iyul 2026, 17:35

İyulun 12-də keçirilən qəbul imtahanının nəticəsi AÇIQLANDI

Bütün Xəbərlər
28 iyul 2026, 17:03

"Xəzər sahillərindən gələn sehrli səs": Sona Moqubeliyeva Böyük Britaniyanı Azərbaycan musiqisinə necə aşiq edir

Bütün Xəbərlər
28 iyul 2026, 16:34

Sertifikasiya imtahanlarında 4 fənn üzrə 5 texniki səhv aşkarlanıb

Bütün Xəbərlər
28 iyul 2026, 16:00

Müəllimini güllələyən Əli: "Mənə deyirdi ki, "Sən heç nə bilmirsən, sənin gələcəyin yoxdur" - TƏFƏRRÜAT

Bütün Xəbərlər
28 iyul 2026, 15:05

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Bütün Xəbərlər
28 iyul 2026, 14:12

XİN Perunu Milli Günü münasibətilə təbrik edib

Bütün Xəbərlər
28 iyul 2026, 14:11

Azərbaycanın Qazaxıstandakı səfiri geri çağırılıb

Bütün Xəbərlər
28 iyul 2026, 14:08

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb

Bütün Xəbərlər
28 iyul 2026, 14:05

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Bütün Xəbərlər
28 iyul 2026, 14:00

Azərbaycanda ƏDV-nin depozit hesabından DSMF-yə vəsait köçürmək imkanı yaradılıb

Bütün Xəbərlər
28 iyul 2026, 13:34

Azərbaycanda "Aviasiya haqqında" qanun dəyişib

Oxşar xəbərlər