BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş katibi Antoniu Quterreşlə görüşəcək.
Bu barədə 23 sentyabr tarixində Report BMT Baş katibinin Mətbuat Xidmətinə istinadən xəbər verib.
Sabah baş tutacaq görüşdə BMT və Azərbaycan əməkdaşlığının müxtəlif istiqamətləri və regional məsələlər, eləcə də Azərbaycan-Ermənistan münasibətlərinin müzakirəsi nəzərdə tutulub.