Bu gün xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasında yeni təyin olunmuş səfiri Tomas Ştehlini qəbul edib. Bu barədə 17 oktyabr tarixində Xarici İşlər Nazirliyi xəbər yayıb.
Görüş zamanı səfir Tomas Ştehli etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir Ceyhun Bayramov səfirə fəaliyyətində uğurlar arzulayıb.
Görüş zamanı Azərbaycan və İsveçrə arasında siyasi, iqtisadi, ticarət və bir sıra digər sahələri özündə ehtiva edən ikitərəfli münasibətlər gündəliyi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, həmçinin cari regional vəziyyət müzakirə olunub.
İki ölkə arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsinin, siyasi dialoqun və siyasi məsləhətləşmələrin mütəmadi əsasda aparılmasının vacibliyi vurğulanıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.